
PRESS RELİZ
"TƏXƏYYÜL ART GROUP" ŞİRVAN SƏFƏRİ*
10.05.2026-cı il tarixində "Təxəyyül Art Group"un təşkilatçılığı ilə "Şirvan" səfəri adlı layihə üzrə Qobustan, Şamaxı, Ağsu gəzintisi baş tutmuşdur. İlk növbədə Qobustanda yerləşən Diri Baba türbəsi, ziyarət olundu. Qrup üzvü rəssam Ləman Ukleinaya "Təxəyyül Art Group"un 2 yaş münasibəti ilə çap olunmuş kitab-kataloq və sertifikat təqdim olundu. Daha sonra isə Şamaxıda Pirsaat Baba piri ziyarət edilmişdir. Səhər yeməyi isə Savalan restoranında təşkil olunmuşdur. Bütün bunlardan sonra Kələxana türbə komleksinə gedildi. Burada xatirə fotoları çəkildi. Yeni üzvlərimizlə birgə Panorama Hall restoranına üz tutuldu. Orada çay süfrəsi təşkil olundu. "Təxəyyül Art Group"un Ağsu səfərinin şərəfinə Qənirə xanım Əsgərova tərəfindən təşkil olunmuş simvolik tort kəsildi. Bunlardan sonra gələn qonaqlar özləri haqqında məlumat verdilər və şeirlər söylədilər. AMEA-nın baş mütəxəssisi, İT-mühəndisi Samir Ələkbərli müəllifi olduğu “Atatürk” xalçasının fotosurətini hədiyyə olaraq qrup müavini Vüsalə Yunusovaya təqdim etdi. Sonda xatirə fotoları çəkildi. Daha sonra qrup üzvləri Ağsu şəhərində yerləşən Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin direktoru Vüqar Quliyevin götərişi ilə qoruğun bələdçisi Xoşgədəm xanım qrup üzvlərini qoruqla tanış etdi. Şair Zaur Ustac Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya "Sevgi dolu şeirlər" kitabını hədiyyə etdi. Tur boyu Aynur Yunusova və Günay Əsgərova biri-birindən gözəl mahnılar ifa etdilər. Bundan sonra rəqs, qoruq ərazisində piknik və bütün iştirakçılara:
1. Aynur Yunusova
2. Cəmilə Əsgərova
3. Fərrux Qasımov
4. Gülər Babazadə
5. Günay Əsgərova
6. İsmayıl Əmirli
7. Qənirə Əsgərova
8. Məryəm Əsgərova
9. Samir Ələkbərli
10. Sara Quliyeva
11. Sevil Soltanova
12. Sevil Şamilova
13. Səbinə Mustafayeva
14. Səma Əmirova
15. Vüsal Ağa
16. Zaur Ustac
17. Mahir Dünya
18. Natiq Nəcəfzadə
19. Vüsalə Yunusova
sertifikat təqdim olundu.
Fotolara görə Fotoqraf Mahir Dünyaya
“Təxəyyül Art Group” adından təşəkkürümüzü bildiririk.
Məqaləni hazırladı: Vüsalə Yunusova.
Sayta yerləşdirdi: Cəmilə Əsgərova, Zaur Ustac.
Fotolar:



