





"Zəfər naxışı"
"4 fəsil"

"Yeləkli uşaq papağı"
"Uçan çiçək balonu"
"Mirvari bağı"










= Bu dünya=
Ayırandı, Xeyri Şərə qatmayır,
Dara düşsən imdadına çatmayır.
Dərk etməyə ağlım, fəhmim çatmayır,
Əfsanədi, həqiqətdi bu dünya?
İfritədi duya bilsən yaxından,
İstəsə seçilməz ğəda şahından.
Qaçqınların, əsirlərin ahından,
Dağılmayır, üzü bərkdi bu dünya!
Nə iş ğörsən unutma ki, hərzədi,
Acıqlansa yer titrədən lərzədi.
Mərdlər üçün adam çalan ğürzədi,
Namərdlərə yaman "mərddi", bu dünya!
Bir fərsizi tutduq ğülə çələnğə,
Taxta çıxdı, döndü şirə, pələnğə.
İş bilməzə quru sümük ələnğə,
Bacarana yağlı ətdi, bu dünya!
Hər kəsin ki, qatışıq yox qanında,
Bu dərd ilə ğizilti var canında.
Ğünahkaram, xəcalətəm yanıbda,
Məndən betər xəcalətdi, bu dünya !

Uzaq olaq qəhərdən
Gözəllik duymaqçün verilmiş ürək.
Döyünər həm sakit,həm də ki,ürkək.
Zamanı tanıyaq,sevinci bölək.
Qalmasın qəlblərdə nisgilli dilək.
İllər ötür,dostlar gəlin görüşək.
Xatırlayaq keçmişlərə bir dönək.
Qoy nəsillər bizdən götürsün örnək.
Yaman olur ayrılıqlar inan sən.
Görməmisən çoxdan düşüb saça dən.
Barışmıram bilmirəm ki mən nədən?!
Keçmişlərlə tək qalıram mən hərdən.
Sözlərimi dinlə,nəğməm birlikdən.
Gəl görüşək uzaq olaq qəhərdən.
Sənin sevginə
Gecənin gözəli libas altından.
Sanki işıq saçıb niqab altından.
Pünhan sevgisinin şirin dadından,
Pay verir səmanın sirli qatından.
Bilirsən,bu gecə seyr edib ayı,
Elə istədimki bir sevgi payı.
Döndüm Sənə yenə, sənin sevginə.
Qəlbimi titrədən bəyaz rənginə.
Bu cahan mülkündə yox rəqib Sənə.
Sənsiz heç olmadı dar, qəfəs mənə.
Bilirsən,bu gecə seyr edib ayı,
Elə istədimki bir sevgi payı.
Çıxdım ulduzların axtarışına.
Baxdım buludların dayanışına.
Səssizlik donunda mərd axışına.
Bilirsən,bu gecə seyr edib ayı,
Elə istədimki bir sevgi payı.
Gəzdim birər-birər göyün üzünü.
Çözdüm tərs düyünün astar üzünü.
Bağladım gecənin qara üzünü.
Axtardım yenədə dan ulduzunu.
Bilirsən,bu gecə seyr edib ayı,
Elə istədimki bir sevgi payı.

Dan Qızına
Uzaqdasan, uzaqda,
Yalnız sönük qaraltın
Gözlərimə görünür.
Axşam düşür, Gün batır.
Sən bəs haçan gələrsən,
Söyləsənə, Dan qızı?
Necə təkəm, bir bilsən!..
Bu yazıq can yenə də
Yalnız səni istəyir...
Aşıb-daşır fikirlər...
Bax, ən dadlı xəyalım
Günəş ilə birlikdə
Ağ üfüqdə qeyb oldu.
Sən gəlmədin heyf oldu...
Nəyə yarar ah, bu an,
Ya Ay, ya da ulduzlar?
...Dar axşamın soyuğu
Sarıb bütün canımı...
Sən nə zaman gələrsən,
Ey sevgilim, can yarım?
Gözlərimi son dəfə
Qapayınca dünyaya
Gördüyüm sən olasan.
Boylanıram üfüqə...
Yollar səni gətirmir,
Amma gəl gör, gecəykən
Yollarına düşmüşəm
Hardasan, ey Dan qızı?..
Bir görsən bu yalqızı...
Azərbaycan dilinə çevirənlər:
Afaq ŞIXLI, Əhməd ŞƏFƏQLİ

Ruhi-mənəvi duyarlılıq, həmişə insanlığın yaşam sevdasına olan inamını artırır. Ülvi duyğuların könül alqısı, insanın həyat ruhuna işıq salır. Hisslərin aydınlığı ilə dərk olunan həyat oyanışı, insanın əməllərinin qayəsini üzə çıxardır. Vəliyəddin Adil Agdamlı nın lirikasının həyatiliyi və idraki məzmunu, həyatın izahını aydınlığı ilə canlandırır.
....
Nə xoş gəlir,gül-çiçəyin ,
Çiçək açır, hər gülün-hər diləyin.
Sevən açır , sevdiyinə ürəyin ,
Gah boşalır, gah da dolur buludlar!
Xoş gəlmisən yurdumuza,ay bahar!
....
Baharın yurda gəlişi , həm təbiətin dəyişimini, həm də insanın həyat ruhuna uyğun düşüncəsinin könül kövrəkliyini əks etdirir.Gözəl təbiətin əsrarəngiz ecazkarlığı, insanın ruhuna da yenilik gətirir. Sevginin və məhəbbətin gücü ilə yaranan duyğuların könül dili, hissiyyatın metabolizmini artıraraq, insan hisslərinin assosiativ duyarlılığını ortaya qoyur. Vəliyəddin Adil Agdamlı nın lirikasının kövrək duyğularla yüklənməsi, həyat nisgillərinin həyati-fəlsəfiliyini dərk etdirir insana..
Bənövşənin boynubükük baxmağı,
Nərgizlərin qar altından çıxmağı..
Zoğal, ərik -alaça, çiçək açmağı,
Gəlişindən :-verir, bizə soraqlar !
Xoş gəlmisən yurdumuza, ay bahar!
Ruhun könül duyumu, sağlam düşüncənin həyati fərqliliyini yaradır .Təbiiliyin həyati qayəsi, insan hisslərinin assosiativ duyarlılığını bəlli edir. Təbiətin dəyişimi, ruhun həyat oyanışına da təsir göstərir. Vəliyəddin Adil Agdamlı nın lirikası özünün rəngarəng cizgiləri ilə qarşılaşdırır həyatın dialektizmini.
....
Oyanıbdır torpaq artıq yuxudan,
"İsti meh"dir ,gül ətrini qoxudan.
Gül-çiçəkdi, bülbülləri oxudan,
Bayram edir,bu gün ellər-obalar!
Xoş gəlmisən yurdumuza, ay bahar !
....
Yurda-elə baharın gəlişi, həyati sevinclərin çoxalmasına səbəb olur.Gözəlliklərin İlahi cizgisi, insanın həyat ruhuna rahatlıq gətirir. Təbiətin lal baxışının dirilməsi, insanın hisslərinin həyat uzlaşısını moralizə edir. Vəliyəddin Adil Agdamlı nın lirikasında düşüncənin həyati motivi, ruhun görsəl üzünün qayğılarını dərinlışdirir.
. ..
Çiçək açıb ,çöllər olub laləzar,
Hər ürəkdə bu bahara,arzu var .
"Qarabağ "dır, ürək açan bu diyar,
Yaşıllaşıb həm dərələr,həm dağlar,
Xoş gəlmisən yurdumuza, ay bahar!
....
Vətənin bütövlüyü, mənəvi gücün həyat dayanıqlığının rəmzidir. Baharın yurda gəlişi, yurdun həyat ruhuna olan inamını artırmaqla, insanların duyğularını həyatiləşdirir. Zəfər sevinci ilə bahar bayramının özəlliklərini duymaq həyat insanı"nın mənəvi-əxlaqi dünyasını tamamilə yeniləşdirir..Vəliyəddin Adil Agdamlı nın lirikasının kövrək duyğularla yüklənməsi, həyatın izahını özündə daşıyır.
..
Bir "Ordum" var qoruyacaq bu eli,
Bəzəyibdir:- "Bayrağımız", hər yeri.
Zəfər üstə gətirdilər ,
"Zəfəri",Adilin də Sənə şirin,Sözü var!
Xoş gəlmisən yurdumuza, ay bahar!
...
Könül duyğularının ictimai xarakterini sahmana salan, səmimiyyət duyğularının ictimai alqısıdır.Fikirlərin həyat axışından yaranan hisslərin oyanıqlığı, daima düşüncənin zamanı ilə qarşılaşdırır insanoğlunun həyat rasionallığını. Bahar Bayramının sevincinli günlərini yaşamaqla, insanın ömür dastanının xatirələrini tarixin yaddaşına həkk olunur.Vəliyəddin Adil Agdamlı nın lirikasının həyati düzəni, daima düşüncənin könül üzündəki həyati qayəsini dərk etdirir. Şairin Söz dünyasının həyat işığını üzə çıxardan Qəlbinin səsidir.Uğurlar arzulayıram Şair qardaşıma ..
Hörmətlə:Filoloq, Nəsib Abid 20 mart 2026-cı il
Nəsib Abid
