10 мая 2026

Təxəyyül Art Group Şirvanda

“TƏXƏYYÜL ART GROUP” ŞİRVAN SƏFƏRİ

10.05.2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “Şirvan” səfəri adlı layihə üzrə Qobustan, Şamaxı, Ağsu gəzintisi baş tutmuşdur. İlk növbədə Qobustanda yerləşən Diri Baba türbəsi, daha sonra isə Şamaxıda Pirsaat Baba piri ziyarət edilmişdir. Səhər yeməyi isə Savalan restoranında təşkil olunmuşdur. Bütün bunlardan sonra Kələxana türbə komleksinə gedildi. Burada xatirə fotoları çəkildi. Yeni üzvlərimizlə birgə Panorama Hall restoranına üz tutuldu. Orada çay süfrəsi təşkil olundu. “Təxəyyül Art Group”un Ağsu səfərinin şərəfinə Qənirə xanım Əsgərova tərəfindən təşkil olunmuş simvolik tort kəsildi. Bunlardan sonra gələn qonaqlar özləri haqqında məlumat və şeirlər söylədilər. AMEA-nın baş mütəxəssisi, mühəndis Samir Ələkbərli müəllifi olduğu “Atatürk” xalça eskizini hədiyyə olaraq qrup müavini Vüsalə Yunusovaya təqdim etdi. Sonda xatirə fotoları çəkildi. Daha sonra qrup üzvləri Ağsu şəhərində yerləşən Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin direktoru Vüqar Quliyevin götərişi ilə qoruğun bələdçisi Xoşgədəm xanım qrup üzvlərini qoruqla tanış etdi. Şair Zaur Ustac Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya “Sevgi dolu şeirlər” kitabını hədiyyə etdi. Bundan sonra rəqs, qoruq ərazisində piknik və iştirakçılara sertifikatlar təqdim olundu.

Bütün iştirakçılara:

  1. Aynur Yunusova

  2. Cəmilə Əsgərova

  3. Fərrux Qasımov

  4. Gülər Babazadə

  5. Günay Əsgərova

  6. İsmayıl Əmirli

  7. Qənirə Əsgərova

  8. Məryəm Əsgərova

  9. Samir Ələkbərli

  10. Sara Quliyeva

  11. Sevil Soltanova

  12. Sevil Şamilova

  13. Səbinə Mustafayeva

  14. Səma Əmirova

  15. Vüsal Ağa

  16. Zaur Ustac

  17. Mahir Dünya

  18. Natiq Nəcəfzadə

  19. Vüsalə Yunusova,
    Fotolara görə Fotoqraf Mahir Dünyaya
    “Təxəyyül Art Group” adından təşəkkürümüzü bildiririk.
    Məqaləni hazırladı: Vüsalə Yunusova.
    Sayta yerləşdirdi: Cəmilə Əsgərova, Zaur Ustac.

  20. Fotolar: