21 июня 2026

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ Phi Gallery-DƏ

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ Phi Gallery-DƏ KEÇİRİLDİ
21 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Phi Gallery-də “Zamanın izi ilə təxəyyüldə” adlı incəsənət sərgisi keçirilmişdir. Tədbir Təxəyyül Art Group-un təşəbbüsü və təşkilatçılığı, qrup rəhbərləri Natiq Nəcəfzadə və Vüsalə Yunusova-nın rəhbərliyi, Azərbaycan Xalçaçıları İctimai Birliyi və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi-nin dəstəyi ilə reallaşmışdır.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Açılış nitqi ilə çıxış edən qrup rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə sərginin ideyası, məqsədi və əhəmiyyəti barədə məlumat verərək layihənin həyata keçirilməsində əməyi olan qurumlara, iştirakçılara və qonaqlara minnətdarlığını bildirmişdir.

Qrupun müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova qonaqları salamlayaraq çıxış üçün söz vermişdir. Tədbirdə çıxış edən Gülağa Ələsgərov, Mirfatma Mirbabaqızı, Hacı Əhmədov, Qənirə Əsgərova və digər qonaqlar sərginin mədəni əhəmiyyətindən bəhs etmiş, iştirakçıları təbrik etmişlər.

Proqram çərçivəsində ilin könüllüsü mükafatı laureatı, front-end developer Cəmilə Əsgərova tərəfindən hazırlanmış, "Memarlıq və Şəhərsalma İli"-nə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Filmin mətni qrupun nəğməkar şairi Elşən Sabiroğlu tərəfindən səsləndirilmişdir.
Bədii hissədə Aidə Telmanqızı və Mirfatma Mirbabaqızı tərəfindən səsləndirilən şeirlər proqramın ədəbi hissəsini zənginləşdirmişdir.
Tədbirin diqqətçəkən hissələrindən biri modelyer-dizayner Vüsalə Əsədova-nın “Şəhərin tarixi” adlı milli geyim kolleksiyasının təqdimatı olmuşdur. Tarixi motivlərlə müasir bədii yanaşmanın vəhdətini əks etdirən kolleksiya tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Sərgidə nümayiş etdirilən əsərlər mövzu müxtəlifliyi, zəngin rəng həlli və fərdi yaradıcılıq üslubları ilə seçilmiş, incəsənətsevərlərin böyük marağına səbəb olmuşdur.
Tədbirdə Bəhram Bağırzadə və digər mədəniyyət nümayəndələri iştirak etmiş, sərgi ilə yaxından tanış olmuşlar.
Musiqi proqramı çərçivəsində Vüsalə Yunusova fortepianoda çıxış etmiş, Aynur Yunusova görkəmli bəstəkar Niyazi-nin “Arzu” romansını ifa etmişdir. Xoreoqraf Rasimə Əhmədova-nın Sarı Gəlin musiqisinin müşayiəti ilə təqdim etdiyi rəqs kompozisiyası tədbirə xüsusi bədii ovqat qatmışdır.
Sonda sərgi iştirakçılarına və Phi Gallery əməkdaşları Hüseyn Həsənova və Zeynəb Əlibəyliyə sertifikatlar təqdim olunmuşdur.

Sərgi ekspozisiyasında nümayiş etdirilən əsərlər mövzu müxtəlifliyi, zəngin rəng həlli və fərdi yaradıcılıq üslubları ilə seçilmişdir. Sərgi iştirakçılarının təqdim etdiyi əsərlər tamaşaçılarda böyük maraq doğurmuş, incəsənətsevərlər müəlliflərlə yaxından ünsiyyət qurmaq imkanı əldə etmişlər. Qeyd edək ki, “Zamanın izi ilə təxəyyüldə” sərgisi yalnız Phi Gallery-də deyil, paralel olaraq Təxəyyül Art Group-un onlayn platformasında da yayımlanır və bu, layihənin daha geniş auditoriyaya çatmasına imkan yaradır.
“Zamanın izi ilə təxəyyüldə” sərgisi müxtəlif yaradıcılıq istiqamətlərini bir araya gətirərək milli-mədəni irsin, memarlıq ənənələrinin və müasir incəsənət düşüncəsinin vəhdətini nümayiş etdirmiş, iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Sərginin ən dəyərli anlarını peşəkarlıqla kadrlarda əks etdirdiyinə görə fotoqraf Nofəl Ümidə təşəkkür edirik.

Sərgi iştirakçıları:

1. Aygün Ahnəzərova
2. Cahandar Səmədov
3. Fərrux Qasımov
4. İskəndər Quliyev
5. Nuray Abdullayeva
6. Şəhla Abbasova
7. Tamara Kontsedaylo
8. Yelena Həsənova
9. Zeynəb Babayeva
10. Surə Dadaşzadə
11. Ayaz Dadaşov
12. Hökümə Qasımova
13. Vüsalə Əsədova
14. İnci Məsti
15. Hacı Əhmədov
16. Qənirə Əsgərova
17. Məryəm Əsgərova
18. Məryəm Abdullazadə
19. Natiq Nəcəfzadə
20. Vüsalə Yunusova


“Şəhərin tarixi” milli geyim kolleksiyasının təqdimatında iştirak edənlər:

Dizayn müəllifi : modelyer -dizayner Vüsalə Əsədova
• Rübab Hüseynli
• Həsən Hüseynli
• Cəmilə Əsgərova
• Ləman Əsədli
• Nigar Əsgərzadə
• Sevda Bayramlı
• Məryəm Əsgərova